Photo Gallery en
Qəbələ rayonunun Vəndam kəndində yerləşən «DUYMA» idman-sağlamlıq kompleksi Sizə ilin hər fəslində dağlarda istirahətin ləzzətini duymaq imkanı bəhş edəcək.
Rahat 4 mərtəbəli mehmanxana dəniz səviyyəsindən 1100 m yüksəklikdə yerləşir. Sahəsi 5 hekdar olan ərazi üstü sıx meşə ilə örtülmüş hər tərəfdən hündür dağlarla əhatə edilmişdir.
Kompleksin ərazisində:
• şəlalə;
• katamaranda üzmək və balıq tutmaq arzusunda olanlar üçün göl;
• mineral su mənbəyi;
• futbol, voleybol ve badminton oyunları üçün nəzərdə tutulmuş yaşıl meydançalar;
• stolüstü tennis və bilyard oyunları;rh
• uşaq şəhərciyi;
• at belində qəzinti (sifarişlə) üçün nəzərdə tutulmuş sahə;
• yay mətbəxi və mineral su mənbəyinin yaxınlığında olan ayrıca cardaqlar;
• restoran, 30 nəfərlik VIP zalı;
• bar, bilyard;
• yay vaxtı 200 nəfərlik diskoteka;
• konferensiyalar və danışıqlar üçün xüsusi təchiz edilmiş zal;
• üstü örtülü avtomobil dayanacaqları.
Qonaqların xidmətində 14 nəfərlik mini-avtobus və UAZ avtomaşını vardır.
Mehmanxanada 40 nömrə vardır:
• birotaqlı - 28;
• ikiotaqlı - 10;
• üçotaqlı - 2;
Cəmi 106 nəfər üçün.
Eyni zamanda 120 nəfərin yaşaması mümkündür (müdriyyət acılıb yığılan çarpayılar verə bilər).
Nömrələrin hamısında:
• Mini-bar;
• televizor (gecə-gündüz üç peyk antenaları ilə yerli, türk, rusiya və qabaqcıl avropa televiziya kanalları yayımlanır);
• telefon;
• tualet-vanna otağı;
• daimi isti və soyuq su;
• işıq və istilik otelin şəxsi avadanlıqıilə təmin olunur.
Əlavə xidmətlər:
• Təlimatçının müşayiəti ilə dağlara cıxış, istirahət zonasından kənar ərazilərdə piyada və ya at belində mümkündür;
• Şəlaləyə və Qəbələ rayonunun ən iri gölünə seyr etmək üçün səyyar turlar;
• Qəbələ rayonunun (İsmayıllı, Ağdaş, Şəki, Qöycay, Oğuz) yaxınlığında yerləşən şəhər və tarixi yerlərə avtobus ekskursiyaları;
• Konferensiya və konsertlərin təşkilatı.