Qalereya
Hər tərəfdən meşə ilə əhatə olunmuş “Dəmirağac” ailəvi-istirahət mərkəzi Azərbaycanın cənub bölgəsində, Talış dağlarının qoynunda, Masallıda yerləşir.
İstirahət üçün bu məkanı seçənlərin dünyanın nadir ağac növlərindən olan və yalnız bu səfalı guşədə bitən Dəmirağacın kölgəsində istirahət etmək, Viləş çayını seyr etmək imkanları olacaq.
Hər cür şəraiti olan kotteclər, peşəkar xidmət, restoran, füsunkar təbiətdə istirahət sizi gözləyir.
Nəzərinizə çatdıraq ki, istirahət mərkəzi bütün ilboyu fəaliyyət göstərir.