Masallı şəhərində, Ərkivan qəsəbəsinin qərbində, Masallı-Yardımlı magistral yolunun sol tərəfində
Sizə ənənəvi böyük qonaqpərvərlik göstəriləcəyindən əmin ola biləcəyiniz sakit bir istirahət mərkəzi vardır.
Həmin məkan"Daşvənd hotel" turizm - istirahət mərkəzidir. Qürur hissi ilə deyə bilərik, biz burada səmimi,
xoş və rəsmiyyətdən uzaq təbii abi-hava yaratmışıq. Azərbaycanın müxtəlif regionlarından turist və iş adamları
ilin müxtəlif fəsillərində buranın müştərisi olurlar. Eyni zamanda Amerikadan, Almaniyadan, Turkiyədən, İrandan və s.
xarici ölkəkələrdən də təşrif buyuran turistlər bizim xidmətlərinmizdən yararlanır və həvəslə bizim hotelin müştərisi olurlar.