Qalereya
“ADU PİRAMİDA” istirahət mərkəzi - yayın istisində şəhərin səs-küyündən yorulanlar üçün çox gözəl məkandır. Masallıdan 6 km. məsafədə yerləşən bu istirahət mərkəzi Dəmirağac, Palıd və Nil ağaclarının əhatəsində yerləşir. İstirahət mərkəzindəki kotteclər müasir standartlara cavab verən, komfortlu, 2 və 4 nəfərlikdir. Burada dincəlməyə gələn müştərilər meşədə gəzinti ilə yanaşı, istirahət mərkəzinin təşkil etdiyi bir çox turlarda da iştirak edə bilərlər. Tura daxildir – Masallıdakı məşhur şəlalə, İstisu və Lənkərana-Xəzər dənizinə gəzinti.
Qiymətlər münasibliyi hər kəsin ürəyincədir:
- 2 nəfərlik şam yeməyi 12-15 Azn civarında.
“ADU PİRAMİDA”nın istirahət edənlər üçün sevindirici daha bir yeniliyi də ondan ibarətdir ki, burada 3 gün qalan müştərilərə “1 gün pulsuz dincəl” aksiyası da hədiyyə olunur.