Məsafəyə görə axtar:


Left Baner ecity_baner
  • Bizə üzv ol

Bakı, Səbail
1620
(0) Gül uşaq baxçasi

Sayt : www.ecity.az/gul-ushaq-baxcasi
Mobil : +994 51 542 43 38
Tel : +994 12 5021 0 06
Email : bagca.gul@mail.ru
İş vaxtı : 09:00 To 16:00
Address : Azərbaycan, Bakı, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci bağlar döngəsi
Kompaniya :  Tezliklə kompaniya yerləşdiriləcək 

Məlumat

Əziz valideynlər, unutmayın! Uca Yaradanın bizə əmanət verdiyi uşaqlarımıza düzgün və layiqli tərbiyə və gözəl təhsil vermək hamımızın borcudur! Bu işdə sizə kömək etmək lazımdırsa, buyurun, “Gül” Uşaq Bağçasına müraciət edin!

Bağçamız öz fəaliyyətində Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və Azərbaycan hökumətinin uşaq inkişafına dair yürütdüyü dövlət siyasətinin əsas prinsiplərini özünə rəhbər tutaraq kiçik yaşlı uşaqlarımızın təlim-tərbiyəsi ilə məşğul olur.


Bağçamızda aşağıdakı xidmətlər göstərilir:

1.     Həftənin beş günü saat 900-dan 1700-dək  uşaqların təlim-tərbiyəsi ilə məşğul olunması.
 

2.     Nəqliyyat xidməti – uşaqların bağçaya gətirilib aparılması.

3.     Gün ərzində 3 dəfə dadlı və keyfiyyətli yeməklərin verilməsi.

4.     Azərbaycan və türk dillərində qrupların təşkili.

5.  Məktəbəqədər təhsil proqramı (kurikulumu) əsasında uşaqların təlimləndirilməsi və inteqrativ bacarıqlara yiyələnməsi məqsədilə məktəbəqədər (5-6 yaş), böyük (4-5 yaş) və orta (3-4 yaş) qruplarda məşğələlərin keçirilməsi.

6.     Uşaqlara təlimlə yanaşı yüksək əxlaqi və milli-mənəvi dəyərlərimizin aşılanması üçün xüsusi əxlaq məşğələlərinin keçirilməsi.
 

7.     İngilis və ərəb dillərində maraq məşğələlərinin keçirilməsi.

8.     Tibb xidmətinin göstərilməsi və sanitar-gigiyenik qaydalara əməl olunması.
 

9.     Əyləncəli oyunların, proqramların, bayram tədbirlərinin, ad günlərinin bağçada qeyd olunması.
 

10.           Məşğələ və yataq otaqlarının rejimə və mövsümə uyğun olaraq rahat şəkildə təşkil olunması.
 

11.           Uşaqların əqli, sosial-emosional, estetik və yaradıcı inkişafı üçün müvafiq məşğələ, oyun otaqlarının və guşələrin təşkil olunması.
 

12.           Uşaqların fiziki inkişafı üçün gimnastika zalının və həyətyanı sahənin müvafiq şəraitlə təmin olunması.
 

13.           Teatr, park və digər maraqlı yerlərə gəzintilərin və ekskursiyaların təşkili.
 

14.           Bağçanın mərkəzləşdirilmiş istilik sistemi ilə təmin olunması.
 

15.           Məşğələlərin müşahidə kameraları ilə izlənilməsi.
 

16.           Valideynlər üçün “Valideyn klubu”nun fəaliyyət göstərməsi, maraqlı söhbətlərin, seminarların təşkil olunması.

 

   “Gül” Uşaq Bağçası Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27 oktyabr 2010-cu il tarixli lisenziyasına əsasən fəaliyyət göstərir (lisenziya № 032008, qeydiyyat nömrəsi-102).

 

View More
Details Page

3D Panorama

Xəritə