Məsafəyə görə axtar:


Left Baner ecity_baner
  • Bizə üzv ol

Gəncə,
1597
(0) Gəncə avtomobil zavodu

Sayt : www.ganjaauto.gov.az
Mobil : +994 55 204 90 01
Tel : +994 22 253 80 01
Email : office@ganjaauto.gov.az
İş vaxtı : 09:00 To 18:00
Address : Azərbaycan, Gəncə , Sadıq Rəhimov küçəsi 1

Məlumat

Ilk dəfə “Gəncə Avtomobil Zavod”unda VAZ 11113 «OKA» markalı avtomobillərin yığımına başlanılıb. Ümumimilikdə, müəssisədə 314 «OKA» avtomobili istehsal olunub.

«OKA»dan sonra müəssisədə «UAZ» avtomobillərin yığımına başlandı. 2005-ci ilin mayında müəssisə Rusiyanın «UAZ» ASC ilə əsas razılaşmanı imzalayıb və avqust ayında Gəncə avtomobil zavodunda UAZ avtomobillərin yığımı təşkil olunub. Ümumilikdə avtozavoda 243 UAZ avtomobili yığılıb.

Həmin ərəfədə müəssisə Çinin Can Qan və Li Fan avtomobil korporasiyaları ilə əməkdaşlıq müqaviləsi bağlayır. Və 2005-ci ilin oktyabr ayında Gəncədə «Can Qan» avtomobillərin yığımına başlanır. Müəssisədə 7 modeldə ortatonnajlı yük maşınların yığımı təşkil olunub. Modellərdən 3-ü isə «GƏNCƏ» adı ilə buraxılır. Hazırda «Canq Qan» avtomobillərin istehsalı müvvəqəti dayandırılıb.

2006-cı ilin oktyabrında Minsk traktor və avtomobil zavodları ilə Gəncə avtomobil zavodu arasında əməkdaşlığın yaradılması barədə razılıq əldə olunub. Bu razılığa əsasən avtozavod bu müəssisələrlə müqavilə bağlayıb. 2007-ci iln mart ayının 27-də isə Gəncə avtomobil zavodunda  yığımdan keçən ilk «Belarus» markalı traktor konveyerdən düşüb. Bununla əlaqədar müəssisədə yığılan «Belarus 80.1» model traktorun təqdimat mərasimi keçirilib. Hazırda müəssisədə «Belarus 80.1», «Belarus 82.1», «Belarus 1221», «Belarus 1025», «Belarus 892», «Belarus 80X» modeldə traktorlar istehsal edilir.

 

Paralel olaraq müəssisədə MAZ yük avtomobillərinin yığımı da təşkil olunub. 2007-ci il aprelin 30-da müəssisədə yığılan «GƏNCƏ» və «PƏHLƏVAN» adları daşıyan ilk MAZ-lar işıq üzü görüb. Qeyd edək ki, zavodun istehsal gücü ildə 1700-2000 ədəd traktor və 950-1000 ədəd yük avtomobilin istehsalına bərabərdir.

View More
Details Page

Xəritə